ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikası ordusu bu bəyanatda vurğulayıb: İran xalqı 1358-ci günəş ili abanın 13-də Amerikanın Tehrandakı casusluq yuvasını ələ keçirərək, sübut etdi ki, imperializmlə və onun əlaltıları ilə mübarizədə əzmkardır və bu qənaətdədir ki, zalımlarla mübarizə İslam İnqilabının fəlsəfəsi ilə qırılmaz bağlara malikdir.
İran ordusunun bəyanatında deyilir: Bu gün Amerikanın Livan və İraq daxil olmaqla bəzi region ölkələrində iğtişaş və toqquşma törətmək üzrə fitnəkarlıqları Amerikanın casusluq yuvasının ələ keçirilməsi vacibliyini xatırladır ki, Amerikanın olduğu hər yerdə təfriqə və iğtişaş da olacaqdır.
.........
340