3 noyabr 2019 - 13:41
Amerikanın borcu 23 trilyon dolları ötüb keçibdir

Amerikanın federal hökumətinin ümumi borcları tarixdə ilk dəfə olaraq, 23 trilyon dolları ötüb keçibdir.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Amerikanın maliyyə nazirliyi bir hesabatda bildirib ki, bu ölkənin federal hökumətinin ümumi, yəni milli borcu 23 trilyondan çox olubdur ki, bu da Birləşmiş Ştatlar tarixində nadir bir haldır.

Bu məlumata görə, Amerika federal hökumətinin ümumi borcu Donald Trampın prezidentliyi dövründə 3 trilyon dollar artıbdır.

Trampın prezidentliyinin əvvəlində Amerikanın borcu 19,9 trilyon dollar idi.

Amerikanın federal hökumətinin ümumi borcu son on ildə ikiqat artıbdır.

Amerikanın maliyyə ekspertləri federal hökumətin ümumi borclarının misli görünməmiş dərəcədə artması haqda xəbərdarlıq edərək, bildiriblər ki, ümumi borcun artmaqda olan prosesi yaxın gələcəkdə bütün amerikalıların iqtisadiyyatını təhdid edəcəkdir.

Amerikanın federal büdcə kəsiri bu ölkənin milli borcunun artmasında əsas amillərdən biri hesab olunur.

..........
340