2 noyabr 2019 - 07:07
Nəsrullah: Amerika Livanın problemlərinin həllinə mane olur

Livan Hizbullahının baş katibi bu gün Səəd Əlhərinin istefasına toxunaraq, deyib ki, Hizbullah öncədən bu istefanı təsdiq etmədiyini bildirmişdi.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Seyyid Həsən Nəsrullah Livanın daxili olaylarına işarə edərək, deyib: Ötən iki həftə ərzində düşmənlərin vətəndaş müharibəsi və qalmaqallar üzrə plan və fitnələrindən uzaqlaşdıq və əldə etdiyimiz məlumatlara görə, kimlərin pul verdiklərini və əmin-amansızlığa doğru sövq etdirənlərin kimlər olduğunu bilirik.

Livan Hizbullahının baş katibi etirazlar zamanı söylənən mənfi sözləri məqsədyönlü və nadir bir hadisə adlandırıb. O, əlavə edib: Bəzi çirkin sözlər söyləmək üçün pul veriblər və livanlıların bir çoxunun odlu və ya soyuq silaha malik olduğuna görə, bəziləri camaat arasında toqquşma salmağa çalışdılar.

Livan Hizbullahının baş katibi vurğulayıb: İndiyədək Livanda Hizbullah hökuməti adında bir hökumət təşkil olunmayıb və belə bir ibarədən istifadə edən kəslər bütün uğursuzluqları Hizbullahın adına yazmaq istəyirlər.

........
340