2 noyabr 2019 - 06:52
Amerika İraqın problemlərinin əsas amilidir

Tehranın cümə namazı xitabətçisi İraq olaylarına işarə edərək vurğulayıb: Amerika hökuməti 16 il bundan öncədən bəri hərbi kompensasiya adı altında hər gün bir milyon barreldən çox İraq neftini qarət edir və İraqın iqtisadi problemlərinin amillərindən biri, Amerikadır.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ayətullah Mohəmməd Əli Movəhhedi Kermani Tehranın cümə namazı xütbələrində sonra deyib: Düşmən bölgə ölkələrində fürsət əldə edib, dalğaya minməyə çalışır.

O, əlavə edib: Amerikanın İraqdakı səfiri açıq şəkildə zorakılığı himayə edir və birbaşa surətdə bu rəftarlara nəzarət etməyi İraqın hüquq-mühafizə qüvvələrinə qadağan edir.

Ayətullah Movəhhedi Kermani söyləyib: İraqdakı cərəyanlar Qərbin yetişdirmələridirlər. Onlar Kərbəla və Bəsrədə cinayətlərə qurşanıblar və İraq xalqı öz sıralarını onlardan ayırmalıdır.

Tehranın cümə namazı xitabətçisi İraq xalqının iqtisadi problemlərinin qanuni yollarla həll edilməsini vurğulayıb. Deyib ki, İraq xalqı mərcəiyyətin və qanuni hökumətin rəhbərliyi altında islahatın həll yolunu tanıyır və öz problemlərinin həlli gücünə malikdir.

Ayətullah Movəhhedi Kermani Livan olaylarına da toxunub: Livan xalqının nümayişlərinin əsas kökü hökumətin məişət problemlərinə məhəl qoymamasıdır.

Tehranın cümə namazı xitabətçisi vurğulayıb: Livanın baş nazirinin istefası göstərdi ki, bu ölkədəki bəzi siyasi cərəyanlar sionist rejimin, Amerikanın və bəzi ərəb rejimlərinin maraqlarını öz xalqının maraqlarından üstün tuturlar.

........
340