4 noyabr 2026 - 16:15
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Hallovin bayramın qeyd etdikdən sonra Hicab qadağası ilə bağlı açıqlama verdi

Nazir müavini valideynlərə də müraciət edib: “Böyüklər arasında hansı fikir ayrılığı yaranırsa-yaransın, onun nəticəsini uşaqlar təhsildən geri qalmaqla yaşamamalıdırlar”.

Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Cadugərlər və şeytanın bayramı olan Hallovin bayramını qeyd etdikdən sonra Elm və təhsil nazirinin müavini Firudin Qurbanov məktəblərdə geyim qaydaları ilə bağlı müzakirələrə münasibət bildirib.

O deyib ki, qaydaların məqsədi hansısa konkret geyim elementini qadağan etmək deyil: “Məqsədimiz hər bir təhsilalanın - qız və oğlanların da məktəb həyatında fəal iştirakını, təhsilə davamlı marağını və məsuliyyət hissini təşviq etməkdir. Qaydalar da hər kəs üçün eynidir və bu amala xidmət edir, hansısa geyim komponentinin qadağasına yönəlməyib”.

Qurbanov bildirib ki, vahid geyim qaydalarını yalnız qızların geyimi ilə əlaqələndirmək düzgün deyil və tələblər həm qızlara, həm də oğlanlara şamil olunur.

Nazir müavini valideynlərə də müraciət edib: “Böyüklər arasında hansı fikir ayrılığı yaranırsa-yaransın, onun nəticəsini uşaqlar təhsildən geri qalmaqla yaşamamalıdırlar”.

Onun sözlərinə görə, dərsə davamlı gəlməmək şagirdlərin biliyində boşluqlar yaradır, qiymətləndirilməsinə və növbəti təhsil mərhələsinə keçməsinə təsir edir. Nazirlik bu məsələdə maarifləndirməyə üstünlük verilməli olduğunu düşünür. Müəllimlərlə bağlı məsələlərin isə əmək münasibətləri və qanunvericiliklə tənzimləndiyi bildirilib.

Qurbanov həmçinin qeyd edib ki, hazırkı geyim qaydaları yalnız dövlət ümumi təhsil müəssisələrinə aiddir.

Peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsilalanlar üçün vahid geyim tələblərinin tətbiqi hazırda nəzərdə tutulmur.

Özəl məktəblər isə nizamnamələrinə uyğun olaraq öz geyim qaydalarını müəyyən edə bilərlər.

Sizin rəyiniz

You are replying to: .
captcha