ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ukrayna höküməti ilə Normandi qrupu ölkələri arasında Ştaynmayer formulu adlanan Minsk Sülh Razılaşması çərçivəsində əldə olunmuş razılığa etiraz olaraq Ukraynanın İstiqlal meydanında minlərlə adamın iştirakı ilə mitinq keçirilib.
Ukraynanın 41 yaşlı prezidenti Vladimir Zelinski özünün rusiyalı həmkarı ilə görüş təşkil etməklə Ukraynanın şərqində istiqlalçılıq böhranına son qoymaq üçün iki ölkə arasında sülh müzakirələrini yekunlaşdırmaq niyyətindədir.
Ukrayna, Rusiya və separatçıların nümayəndələri ötən həftə keçirilən iclasın sonunda müstəqil bölgələrə Ukraynanın konstitusiyası çərçivəsində və Rusiya hərbçilərinin çıxmasına ehtiyac olmadan sərbəst və ədalətli seçkilər keçirmək imkanı verir.
Etirazçılara görə, bu razılaşma Ukraynanın milli mənafeyini təmin etmir və bu bir növ kapitulasiyadır.
Bu razılaşmaya görə, Ukraynanın şərqindəki separatçıların nəzarətində olan ərazilərdə seçkilər keçiriləcək və bu bölgələri xüsusi vəziyyətə şamil edən yeni qanunlar da qəbul olunacaq.
.......
340