5 oktyabr 2019 - 06:24
İİR XİN-dən İraqdakı bəzi pərakəndə çaxnaşmalar haqda açıqlama və Ərbəin zəvvarlarına tövsiyə

İranın Xarici İşlər Nazirliyi bildirib ki, İraqın hökuməti və xalqının həmkarlığı ilə düşmənlərin hərəkətlərinin davam etməsinə və əcnəbilərin bu ölkənin hazırkı şəraitindən sui-istifadə etmələrinə icazə verilməyəcəkdir.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranın Xarici İşlər Nazirliyi cümə axşam günü bir açıqlama verərək, İraqın bir neçə şəhərində bəzi pərakəndə çaxnaşmalardan təəssüf ifadə edib və əminlik veribdir ki, hazırkı iltihablı atmosferi sakitləşdirmək üçün siyasi, dini, məzhəbi rəhbələrin, həmçinin böyük təqlid mərcələri xüsusiyyət təşkil etməklə bütün şəxsiyyətlər, partiyalar və qrupların həmkarlığı ilə İraqın hökuməti və xalqı meydana girəcək və İraq xalqının zərərinə olan və əcnəbilərin sui-istifadə etmələrinə bais olan bəzi hərəkətlərin davam etməsinə icazə verməyəcəklər.

İranın Xarici İşlər Nazirliyi şəhidlər ağasının möhtəşəm Ərbəin yürüşünün önəmini və bu əzəmətli qurultayın keçirilməsi vacibliyini vurğulayaraq, İranın mömin xalqından və Əhli-Beyt(ə) vurğunlarından istəyibdir ki, İraqa səfərlərini həmin ölkədə vəziyyətin sakitləşməsinədək təxirə salaraq, Ərbəinin siyasi və təhlükəsizlik rəsmilərinin xəbərdarlıqlarına tam diqqət yetirsinlər.

İraqın paytaxtı Bağdad daxil olmaqla bu ölkənin bəzi şəhərlərindəki pərakəndə aksiyalar bazar ertəsi günündən başlanıb. Bu aksiyalar məşğulluğun olmaması və iqtisadi problemlərə görədir.

İnformasiya mənbələri çərşənbə günü gecəyədək Bağdadda və Ziqar vilayətində etirazçılarla təhlükəsizlik qüvvələri arasındakı toqquşmalarda ölənlərin sayını on nəfər elan ediblər.

.........
340