2 oktyabr 2019 - 08:58
Maduro: Trampın məqsədi, şəkil çəkdirməkdir

Venesuela prezidenti ABŞ prezidentinin xahişini rədd edərək deyib ki, Trampın onunla görüşməkdə məqsədi, şəkil çəkdirməkdir.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nikolas Maduro müxaliflərlə danışıqlara hazır olduğunu bildirməklə yanaşı deyibdir ki, Trampın onunla görüşməkdə məqsədi, yalnız şəkil çəkdirməkdir.

Venesuela prezidenti əlavə edib: Bu görüş Latın Amerikası mafiyasının başçısı və onun oyuncaqları ilə görüşmək deməkdir.

Maduro sonra deyib: Kolumbiya prezidenti İvan Duk Trampın oyuncağıdır. O, Venesuela ilə hərbi münaqişə istəyir.

Maduro bildirib ki, Venesuela Kolumbiyanın heç bir hərbi yarımhərbi qrupunun öz ərazisində iştirakı ilə müvafiq deyil.

O, deyib: Ümid edirəm ki, Kolumbiya və Amerikanın müştərək manevrləri Venesuela üçün bir təhdid olmaycaq, əks təqdirdə onu kəskin tərzdə pisləyirik.

........
340