ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əfqanıstanın Qəndəhar vilayətində yerləşən "Hivad" yerli radiosunun müdiri Sədiqullah Xaliq bu barədə deyib: Çərşənbə axşamı günü gecə Əfqanıstanın hazırkı prezidenti Mohəmməd Əşrəf Qəninin seçki qərargahı qarşısında bir bomba partladı. Nəticədə bu radionun xəbər diktoru Əbdulhəmid Hotəki üç mülki ilə yanaşı həlak oldu.
Əfqanıstan prezident seçkiləri sentyabrın 28-də keçirilməlidir.
2001-ci ildən, yəni Amerikanın Əfqanıstana qoşun yeritməsindən bəri jurnalistlərin tələfatının sayı 120 nəfərdən çox olubdur.
........
340