24 sentyabr 2019 - 09:35
Zərifin müxbirlərlə görüşü

Nyu-Yorkda səfərdə olan İranın xarici işlər naziri BMT medialarının müxbirləri ilə görüşüb.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu mətbuat konfransında deyib ki, Amerika təzyiqlə İranı dizə çökdürməyə qadir deyil.

O, əlavə edib: Amerika beynəlxalq öhdəliklərdən kənara çıxıb və hansı zəmanət vardır ki, bir anlaşmadan sonra, bir seçki ilə, hər şey qarışmayacaq. Zərif deyib: İran prezidentinin irəli sürdüyü Hörmüz təşəbbüsü bizim üçün çox ciddidir.

İranın xarici işlər naziri Amerikanın milli radiosu ilə müsahibədə vurğulayıb ki, İran Amerika prezidenti Donald Trampın hökumətinin iqtisadi təzyiqləri qarşısında təslim olmayacaq.

......
340