ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan Respublikasının müdafiə nazirliyi dünən bildirib ki, bu manevr NATO-nun əməliyyat fürsətləri proqramı formasında və Azərbaycan Respublikası ordusunun bir neçə ədəd Miq-17 tipli hərbi vertolyotu və kəşfiyyat qruplarının iştirakı ilə keçirilib.
Manevrin keçirilməsində məqsəd, NATO-nun əməliyyat fürsətləri proqramında iştirak üçün bu təşkilatın standartları ilə Azərbaycan Respublikası ordusunun hərbi bölmələrinin təchiz edilməsi səviyyəsinə uyğunluq və fəaliyyət, həmçinin döyüş hazırlığının dəyərləndiirlməsi elan olunubdur.
Azərbaycan Respublikası- NATO münasibətiləri 1994-cü ildən başlanıb. İki tərəf müxtəlif sahələrdə, o cümlədən azəri hərbçilərin NATO standartlarına əsasən təlimi, Azərbaycan Respublikasının bəzi məntəqələrində minaların təmizlənməsi əməliyyatı və Əfqanıstanda sülhü mühafizə əməliyyatında iştirak sahələrində həmkarlıq edir.
.......
340