Əhli Beyt (əleyhimus-səlam) - ABNA - Boris Conson deyib: Heç bir şəraitdə Avropa Birliyindən breksitin tarixini uzatmasını istəməyəcəyəm. O, bildirib ki, oktyabr ayında Avropa Birliyi ilə iclasında razılığa gələcəyinə əmindir.
Həmçinin Conson İngiltərə parlamentinin üzvlərindən istəyibdir ki, digər bir mənasız təxirə səs verməsinlər.
İngiltərə xalqı 2016-cı il iyunun 23-də bir rəy sorğusunda 52 faizlik səslə ölkəsinin Avropa Birliyindən çıxmasının lehinə səs verdi. Bundan öncə qərara alınmışdı ki, İngiltərə 2019-cu il martın 29-da rəsmən Avropa Birliyindən çıxsın, amma parlamentin İngiltərənin sabiq hökuməti ilə razılıq əldə etməməsi səbəb oldu ki, bu ölkə parlamenti breksitin iyunun 30-dək təxirə salınması layihəsini qəbul etsin.
Nəhayət İngiltərənin yeni baş naziri Boris Conson bildirdi ki, bu ölkəni cari il oktyabrın 31-dək razılıqlı və ya razılıqsız şəkildə Avropa Birliyindən çıxaracaq.
İngiltərənin Avropa Birliyindən çıxması prosesində acilzlik indiyədək Devid Kameron və Tereza Mey hökumətlərinin dervilməsi ilə nəticələnibdir.
......
340