4 sentyabr 2019 - 06:56
İran rəsmilərinin Rusiyada məşvərəti

İranın energetika və xarici işlər nazirləri 20 saatdan az çəkən Moskvaya qısa səfərdə öz rus həmkarları ilə ətraflı və mühüm danışıqlar aparıblar. Energetika və xarici işlər nazirlərinin sözlərinə görə, bu səfər ikitərəfli Tehran-Moskva münasibətlərini daha da gücləndirməkdən əlavə, nüvə anlaşması mövzusu xüsusiyyət təşkil etməklə mühüm bölgə olayları ilə bağlı daha dərin inteqrasiyanın və həmkarlığın yaranmasına səbəb oldu.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA - Saatın əqrəblərinin Avropanın əməlsizliyi səbəbindən İranın nüvə anlaşması öhdəliklərinin azaldılması üzrə üçüncü addımını həyata keçirməsinə yaxınlaşması zamanını göstərdiyi bir halda, İranın iki siyasi və iqtisadi naziri Tehran-Moskva inteqrasiyasının dərinləşdirilməsi və məşvərəti gündəmi ilə şimal qonşunun paytaxtına səfər etdilər. Qısa, amma cənab Zərifin dediyi kimi, hazırkı zaman kəsiyində mühüm və zəruri səfər.

Zərif- Yaxşı səfər idi. Bu zaman kəsiyində rus dostlarla son olayları nəzərdən keçirməyimiz vacib idi. Həm nüvə anlaşması, həm də avropalıların hərəkətləri barədə.

İran və Rusiyanın xarici işlər nazirləri həm ikitərəfli müzakirələrdə, həm də birgə mətbuat konfransında Amerikanı bölgə və dünya sülhü və təhlükəsizliyi üçün zərərli bir ünsür adlandıraraq vurğuladılar ki, əgər Avropa nüvə anlaşmasının qorunmasında sadiqdirsə, öz öhdəliklərinə əməl etməlidir.

Rusiya xarici işlər nazirliyi binasından bir az o yanda iki ölkənin birgə iqtisadi komissiyasının iranlı həmsədri olan İranın energetika naziri bu komissiyanın rus həmsədri və Rusiyanın energetika naziri Aleksandr Novak ilə ətraflı danışıqlardan sonra Avrasiya Birliyinin iqtisadi komissiyasının baş katibi ilə də görüşdü.

m.k.- Həm, xüsusən iqtisadi sanksiyalar şəraitində ölkədə məşğulluğun yaradılması, həm də mövcud mənbələrdən ən yaxşı şəkildə istifadə üçün böyük bir fürsətdir. Bəlkə də çoxtərəfli bir iqtisadi müahidədə bizim real şəkildə ilk iştirakımız olmuş olsun ki, bu da dəyərli bir təcürbə olacaqdır.

İranın xarici işlər və energetika nazirləri 24 saatdan az bir müddətdə Moskvada oldular, amma cənab Zərifin dediyi kimi, bu yığıncaq müxtəlif siyasi mövzularda İran ilə Rusiyanın daha artıq koordinasiyasına səbəb oldu. Cənab Ərdəkaniyan deyir ki, bu səfərdən sonra iqtisadi sahədə yeni açılışların şahidi olmuş olacağıq.

......
340