31 avqust 2019 - 09:17
İnqilab Rəhbərinin iştirakı ilə İmam Rza(ə)-ın pak zirehinin tozu alınıb

İslam İnqilabının Böyük Rəhbərinın iştirakı ilə dünya şiələrinin səkkizinci imamı İmam Rza(ə)-ın pak zirehinin tozu alınıb.

(ABNA24.com) Məhərrəm ayı və dünya şiələrinin üçüncü imamı İmam Husəyn(ə)-ın əzadarlıq günlərinin başlanması ərəfəsində bu gün müqəddəs Məşhəd şəhərində Həzrət Ayətullahuluzma Xamenei, bir qrup din alimi və əhalinin müxtəlif təbəqələrinin iştirakı ilə Həzrət Əli ibn Musa əl-Rza(ə)-ın hərəminin pak zirehinin tozunun alınması mərasimi keçirilib.

İslam İnqilabının Böyük Rəhbəri ötən illərdə də Astane Qodse Rəzəvi təşkilatının ardıcıl tədbirlərindən olan bu mənəvi mərasimdə iştirak ediblər.

Sabah 1398-ci günəş ili şəhrivər ayının onu, 2019-cu il sentyabrın biri və 1441-ci hicri qəməri ili muhərrəmulhəram ayının biridir.

......
340