27 avqust 2019 - 05:31
Bakıda klasik avtomobillər

Bir neçə ildir ki, Azərbaycan Respublikasında klasik avtomobillər paytaxt Bakı küçələrində nümayiş etdirilir.

(ABNA24.com) Bir neçə ildir ki, Azərbaycan Respublikasında klasik avtomobillər paytaxt Bakı küçələrində nümayiş etdirilir.

İRİB-in verdiyi məlumata görə, bu il də, 100-dən çox klasik avtomobil Bakının Heydər Əliyev Mərkəzi ərazisində nümayiş etdirilib.

Bu sərgidə müxtəlif rənglər və modellərdə 1980-ci ildən öncə istehsal edilən qədim avtomobillər nümayiş etdirilib.

Sərgidə iştirak edən ən qədim avtomobil 1930-cu il Ford kompaniyasının istehsalı ən yeni avtomobil isə 45 yaşlı Qaz avtomobili olub.

Avtomobillər Bakı prospektlərində parad da keçiriblər.




/129