21 avqust 2019 - 10:32
Pompeo yenə günahı İranın boynuna atdı

Amerikanın dövlət katibi dünən bir daha İran İslam Respublikasına qarşı puç iddia və ittihamlarını təkrarlayıb.

(ABNA24.com) Mayk Pompeo BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdə sülh və təhlükəsizlik problemlərinin araşdırılması barədəki iclasında İran İslam Respublikasını terrorizmə dəstək verməkdə ittihamlandırıb. İddia edib ki, İran bölgədə səbatsızlığa rəvac verir.

ABŞ dövlət katibi həmçinin nüvə anlaşmasının 26 və 36-cı maddələrinə əsasən həyata keçirilən İranın nüvə anlaşması öhdəliklərini azaltmasını bu anlaşmanın pozulması adlandırıb. İddia edib ki, İranın dinc nüvə proqramı beynəlxalq öhdəliklərlə təzad təşkil edir.

Amerikanın nüvə anlaşmasından çıxması geniş daxili və beynəlxalq pisləmələrlə üzləşibdir.

......
340