18 avqust 2019 - 07:55
İranda yeni superkompüter düzəldilir

İranın rabitə və informasiya texnologiyaları naziri yeni İran superkompüterinin düzəldilməsindən xəbər verib.

(ABNA24.com) İranın rabitə və informasiya texnologiyaları naziri yeni İran superkompüterinin düzəldilməsindən xəbər verib.

İranın rabitə və informasiya texnologiyaları naziri Mohəmməd Cəvad Cəhromi-Azəri öz şəxsi twitter səhifəsinə yazıb: Öncəki nümunələrdən çox güclü olan "Simorğ" adlı İran superkompüteri gələn ilədək hazır olacaqdır.

Azəri-Cəhromi əlavə edib: İranın "Simorğ" superkompüteri süni intellekti genişlənidirmək məqsədini güdür. O bildirib ki, bu superkompüter məşğuliyyətləri himayə etmək üçün xalqa xidmət göstərəcəkdir.

İran 2018-ci ildə elmi istehsal sahəsində Qərbi Asiya ölkələri arasında birinci, dünya ölkələri arasında isə on altıncı oldu.



/129