28 iyul 2019 - 10:43
İranın qərbində bir qrup terrorist məhv edilib

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın Quru Qoşunlarının Həmzeyi Seyyiduşşuhəda(ə) qəragahının ictimai əlaqələr bölməsi bir məlumatda İranın qərbində bir qrup terroristin məhv edilməsindən xəbər verib.

(ABNA24.com) İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın Quru Qoşunlarının Həmzeyi Seyyiduşşuhəda(ə) qəragahının ictimai əlaqələr bölməsi bir məlumatda İranın qərbində bir qrup terroristin məhv edilməsindən xəbər verib.

Məlumatda bildirilir: Cümə günü İran Kürdüstanında Sepah-ın “Beytulmuqəddəs” korpusu sərhədçilərinin Sərvabad şəhərinin “Dele Mərz” məntəqəsində terror qruplaşmalarının bir dəstəsi ilə toqquşmasında bu qruplaşmanın ünsürlərindən bir qrupu öldürülüb və yaralanıbdır. Bir qrup ünsür də aradan çıxıbdır ki, Sepah qüvvələri onları təqib edirlər.

Məlumatda əlavə olunur: Bu toqquşmada İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri tərəfindən nəzərəçarpacaq miqdarda silah, sursat və rabitə vəsaiti aşkar və müsadirə edilib.

İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının Həmzeyi Seyyiduşşuhəda(ə) qəragahının ictimai əlaqələr bölməsinin məlumatında daha sonra deyilir ki, bu toqquşmada Sepah-ın “Beytulmuqəddəs” korpusunun qüvələrindən biri yaralanıb və xəstəxanaya köçürülərkən şəhid olubdur.


/129