(ABNA24.com) ABŞ prezidenti deyib ki, Amerika Çin, Yaponiya və ərəbistan kimi varlı ölkələrin gəmilərinin himayəsi üçün Hörmüz boğazının polisi deyildir.
Amerika prezidenti Donald Tramp Minesotada amerikalı yeni mühafizəkarlar qruplarından birinin toplantısında deyib: Amerikanın Çin, Yaponiya və ərəbistan kimi varlı ölkələrin gəmilərinin himayəsi üçün Hörmüz boğazının polisi olması ədalətsizlikdir.
Tramp sözlərinə belə davam edib: Bir daha bizə və ölkəmizin yerinə hörmət edilir. Bizə hörmət edirlər. Digər ölkələr olduqca pis şəkildə bizi aldadıblar! Bu ölkələrin bir qrupu sözdə bizim müttəfiqimizdir. Onlar ticarət sahəsində bizi aldadıblar! Avropa Birliyi ticarət sahəsində bizə Çindən pis olubdur!
Tramp vurğulayıb ki, onlar, yəni avropalılar pul ödəməlidirlər.
ABŞ prezidenti əlavə edib: Almaniya öz büdcəsinin bir faizini NATO-ya ödəyir. Biz 4,3 faiz ödəyirik. Halbuki bizim ümumi daxili istehsalımız Almaniyadan çox-çox yuxarıdır. Almaniya bir pul ödəmir.
/129
25 iyul 2019 - 04:29
Xəbər kodu: 964235
ABŞ prezidenti deyib ki, Amerika Çin, Yaponiya və ərəbistan kimi varlı ölkələrin gəmilərinin himayəsi üçün Hörmüz boğazının polisi deyildir.