(ABNA24.com)Məhəmməd Cavad Zərif dünən Nyu-Yorkda müxbirlər qarşısında deyib: Amerika İranla iqtisadi savaşa girib.
İranın xarici işlər naziri söyləyib: Amerika prezidenti Donald Trampın fəxrlə yad etdiyi iqtisadi savaş vətəndaşları hədəfə alıbdır.
"Amerikanın iqtisadi savaşı İranın hərbçiləri və rəsmilərini deyil, adi vətəndaşları hədəfə alıb" deyən Zərif bildirib: Bu, terror hərəkətidir, zira terrorizm öz siyasi planını irəlilətmək üçün xalqı hədəfə alır.
İranın xarici işlər naziri söyləyib: Terrorizmin hüquqi cəhətdən tərcüməsi budur ki, quldurcasına hərəkətlərlə səy göstərin, bir ölkənin siyasətlərini dəyişin, ya da xalqı məcbur edin ki, öz siyasətini dəyişsin.
Amerika prezidenti Donald Tramp təhdid və maksimum təzyiqlə çalışır ki, İranı müzakirə masası arxasına çəksin, amma İran maksimum müqavimətlə Amerikanın bu siyasətini məğlubiyyətlə üzləşdiribdir.
/129