6 iyul 2019 - 05:12
Musəvi: İran tankerinin müsadirə olunması qanunsuzdur

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, İran tankerinin müsadirə olunması qanunsuz, gərginlikyaradan və bir növ təhlükəli bir bidətdir.

(ABNA24.com) İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, İran tankerinin müsadirə olunması qanunsuz, gərginlikyaradan və bir növ təhlükəli bir bidətdir.

Seyyed Əbbas Musəvi dünən gecə IRIB müxbiri ilə müsahibədə Cəbəlüttariq məntəqəsində İran tankerinin müsadirə olunması ilə bağlı İngiltərənin Tehrandakı səfirinin İran Xarici İşlər Nazirliyinə çağırtdırılmasına işarə edərək, söyləyib: İranın İngiltərə hökumətinin və bu ölkənin dəniz qüvvələrinin təxribatçı hərəkətlərinə etirazları elan olunub.

İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: İspaniya Xarici İşlər Nazirliyi bildirib ki, iranlı tankerin müsadirə olunması Amerika hökumətinin istəyi ilə həyata keçirilib və bu hərəkətlər bir növ ölkədən kənar sanksiyanın tətbiq edilməsi deməkdir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü belə qeyd edib: Avropa Birliyi Amerikanın ölkədən kənar sanksiyaları ilə müxalifdir və İran İslam Respublikası onu qəbul etmir və bu məsələ bölgədə gərginliyin artmasına səbəb olacaq.

İspaniyanın xarici işlər naziri və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin yerinə namizəd olan Cozep Borrel deyib ki, iranlı tankerin müsadirə edilməsi İspaniyanın hakimiyyəti altında olan su məntəqəsində baş veribdir.





/129