4 noyabr 2026 - 22:45
SƏRHƏDSİZ REPORTYORLAR” “MƏTBUATIN DÜŞMƏNLƏRİ” SİYAHISINI AÇIQLADI: İLHAM ƏLİYEV DƏ SİYAHIDADIR

Siyahının siyasi liderlər bölməsində müxtəlif ölkələrin dövlət və hökumət başçıları, eləcə də siyasi fiqurlar yer alıb.

Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Beynəlxalq jurnalist təşkilatı “Sərhədsiz Reportyorlar” (Reporters Without Borders – RSF) “Mətbuatın düşmənləri” adlı siyahısını açıqlayıb.

Siyahının siyasi liderlər bölməsində müxtəlif ölkələrin dövlət və hökumət başçıları, eləcə də siyasi fiqurlar yer alıb.

RSF-nin açıqladığı siyahıda aşağıdakı şəxslərin adları qeyd olunub:

Siyasilər (dövlət başçıları)

İlham Əliyev – Azərbaycan (Şərqi Avropa və Mərkəzi Asiya)

Aleksandr Lukaşenko – Belarus (Şərqi Avropa və Mərkəzi Asiya)

Vladimir Putin – Rusiya (Şərqi Avropa və Mərkəzi Asiya)

Daniel Orteqa və Rosario Murilyo – Nikaraqua (Latın Amerikası)

Hibatullah Axundzadə – Əfqanıstan (Cənubi Asiya)

Muhoozi Kaineruqaba – Uqanda (Afrika)

Donald Tramp – ABŞ (Şimali Amerika)

Siyahıda Azərbaycan Prezidenti İlham Əliyev əlbəttə, birinco yeri tutur.

Qeyd edək ki, “Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatı dünya üzrə mətbuat azadlığının vəziyyətini izləyir, jurnalistlərin hüquqlarının müdafiəsi və informasiya azadlığının təşviqi istiqamətində fəaliyyət göstərir.

TƏHLÜKƏSİZLİK (SECURITY)

İsrail Silahlı Qüvvələri (İsrail) – Yaxın Şərq və Şimali Afrika

Çin Kommunist Partiyası (Çin) – Asiya-Sakit Okean regionu

Xalisko Yeni Nəsil Karteli və digər kartellər (Meksika) – Latın Amerikası

Burkina-Fasonun hərbi xuntası – Afrika

Məhəmməd bin Salman (Səudiyyə Ərəbistanı) – Yaxın Şərq və Şimali Afrika

Əbdülfəttah əs-Sisi (Misir)

M23 silahlı qrupu (Konqo Demokratik Respublikası) – Afrika

Dumbuya hərbi xuntası (Qvineya) – Afrika

HÜQUQİ (LEGAL)

Brendan Carr (ABŞ) – Şimali Amerika

Rəcəb Tayyib Ərdoğan (Türkiyə) – Avropa

Con Li Ka-Çiu (Honkonq) – Asiya-Sakit Okean regionu

Roskomnadzor (Rusiya) – Şərqi Avropa və Mərkəzi Asiya

Adani Group (Hindistan) – Cənubi Asiya

Kasım-Jomart Tokayev (Qazaxıstan) – Şərqi Avropa və Mərkəzi Asiya

İQTİSADİ (ECONOMIC)

Alphabet və Meta (ABŞ) – Şimali Amerika

Bidzina İvanişvili (Gürcüstan) – Şərqi Avropa və Mərkəzi Asiya

Vladimir Tabak (Rusiya) – Şərqi Avropa və Mərkəzi Asiya

Vensan Bolore (Fransa) – Avropa

Uilyam Ruto (Keniya)

SOSİAL (SOCIAL)

İlon Mask (ABŞ) – Şimali Amerika

HonestReporting (İsrail) – Yaxın Şərq və Şimali Afrika

Robert Fitso (Slovakiya) – Avropa

Xavyer Miley (Argentina) – Latın Amerikası

Marqarita Simonyan (Rusiya) – Şərqi Avropa və Mərkəzi Asiya

OpIndia (Hindistan) – Cənubi Asiya

BIR-C (Burkina Faso) – Afrika

Sizin rəyiniz

You are replying to: .
captcha