25 iyun 2019 - 03:53
Gürcü etirazçılar bir daha aksiya keçiriblər

Tiflisdə Gürcüstan hökumətinə və Rusiyaya qarşı aksiyalar davam etməkdədir.

(ABNA24.com) Tiflisdə Gürcüstan hökumətinə və Rusiyaya qarşı aksiyalar davam etməkdədir.

Dünən minlərlə nəfər dördüncü gün dalbadal Gürcüstanın paytaxtı Tiflisin küçələrində Gürcüstan rəsmilərinə və Rusiyaya qarşı aksiya keçirib. Etirazlar cümə axşamı günündən bir rus nümayəndənin Gürcüstan parlamentində iştirakının ardınca başlanıb. İki ölkənin 2008-ci ildə hərbi toqquşmanın ardınca qısamüddətli bir müharibəni təcrübə etdiyi bir halda, bir çoxlarının nöqteyi-nəzərindən, bu nümayəndənin Gürcüstan parlamentində iştirakı şokedicidir.

Etirazçılar dünən gecə bir daha Gürcüstan parlamenti qarşısına toplaşıblar. Etirazçılar əllərində tutdurları plakatların üzərlərində yazılmış şüarlarla əksərən bu ölkənin ən güclü şəxsi kimi xatırladılan "Gürcüstan röyası" adlı hakim partiyanın bünövrəsini qoymuş siyasətçi və iş adamı Bidzina İvanişvilinin nüfuzuna etiraz ediblər  Digər bir qrup da Rusiya prezidenti Vladimir Putinə etiraz edibdir. Zira Putin Gürcüstandakı aksiyalara cavab olaraq, iki ölkə arasındakı hava reyslərini ləğv edibdir.




/129