(ABNA24.com)Çin prezidenti bu gün səhər Şimali Koreyadan Pekinə geri dönüb.
Si Tszinpin Şimali Koreyaya ikigünlük səfərində bu ölkənin bəzi yüksək vəzifəli rəsmiləri, o sıradan Kim Çen In ilə görüşüb.
Pekin-Pxenyan münasibətlərinin genişləndirilməsi, Koreya yarımadasının nüvə məsələsi, Amerikanın Şimali Koreya qarşısındakı öhdəliklərinə sadiq olmaması və Hanoy müzakirələrinin uğursuz qalması Si Tszinpin ilə Kim Çen In-ın nəzərdən keçirdikləri ən mühüm mövzulardan olubdur.
Si Tszinpinin Pxenyana səfəri onun 2013-cü ildə hakimiyyətə gəlməsindən bəri Şimali Koreyaya olan ilk səfəridir. Bu səfər eyni zamanda bir Çin prezidentinin ötən on dörd il ərzində Pxenyana olan birinci səfəridir.
/129