(ABNA24.com) İran İslam Respublikası İranın hava məkanına hərbi təcavüzünə görə, Amerikadan BMT-yə şikayət edib.
İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Məcid Təxte-Rəvançi dünən gecə bu təşkilatın baş katibi Antonio Quterreşə ünvanladığı məktubda Amerikanın casusluq pilotsuznunun İran İslam Respublikasının ölkə ərazisinə təcavüz etməsi ilə bağlı Tehranın etirazını bildirib.
Təxte-Rəvançi bu məktubda Amerikanın bu hərəkətinin beynəlxalq qanunları və BMT Nizamnaməsini biabırçı tərzdə pozduğunu bildirərək, onu pisləyibdir.
İranın BMT-dəki daimi nümayəndəsi vurğulayıb: İran İslam Respublikası müharibə ardınca deyil, amma öz ölkə ərazisinin hüdudlarının pozulması qarşısında hər cür lazımi tədbirlər görmək üçün öz qanuni haqqını qoruyur və öz hava, su və quru sərhədlərini qəti şəkildə müdafiə etmək əzmindədir.
Dünən səhər tezdən Amerikanın "Qlobal Hauk" tipli casusluq pilotsuzu İranın Hormozqan vilayətində yerləşən Mübarək dağı ilə üzbəüz məntəqədə İran İslam Respublikasının ölkə ərazisinə təcavüz etdikdən sonra İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin zenit raket sistemi tərəfindən vurularaq, yerə salınıbdır.
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə axşamı günü gecə Amerikanın vurulmuş təcavüzkar pilotsuzunun hissələrnin İranın ərazi sularından çıxarıldığını bildiribdir.
/129
22 iyun 2019 - 07:59
Xəbər kodu: 953584
İran İslam Respublikası İranın hava məkanına hərbi təcavüzünə görə, Amerikadan BMT-yə şikayət edib.