15 iyun 2019 - 09:57
Haaqada İranın şikayətinə baxılır

İran İslam Şurası Məclisinin rəyasət heyətinin üzvü Beynəlxalq Ədalət Məhkəməsində İranın Amerikaya qarşı şikayət ərizəsinə baxılmasından xəbər verib. Bu şikayət ərizəsi, İran İslam Respublikasının Mərkəzi Bankına qarşı qanunsuz məhdudiyyətlərin tətbiqi, həmçinin İranın əmlak və maliyyələrinin müsadirə olunması barədədir.

(ABNA24.com) İran İslam Şurası Məclisinin rəyasət heyətinin üzvü Beynəlxalq Ədalət Məhkəməsində İranın Amerikaya qarşı şikayət ərizəsinə baxılmasından xəbər verib. Bu şikayət ərizəsi, İran İslam Respublikasının Mərkəzi Bankına qarşı qanunsuz məhdudiyyətlərin tətbiqi, həmçinin İranın əmlak və maliyyələrinin müsadirə olunması barədədir.

İran İslam Şurası Məclisinin rəyasət heyətinin üzvü Əhməd Əmirabadi Fərahani bu gün twitter-dəki şəxsi səhifəsində yazıb: Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsində İran İslam Respublikasının Mərkəzi Bankının əmlakı və maliyyələrindən iki milyard dolların müsadirə olunması ilə İranın Amerikaya qarşı şikayət ərizəsi irəli sürülübdür ki, ona əsasən, dünən amerikalı vəkillər müdafiəyə keçiblər.

İran İslam Şurası Məclisinin rəyasət heyətinin üzvü bildirib ki, iranlı vəkillər bu gün özlərinin şikayət ərizələrini müdafiə edəcəklər.

O, əlavə edib: Hakimlər bu gün rəy vermək üçün məşvərət aparacaqlar. Üç iranlı, həmçinin iki amerikalı və bir ingilisdən ibarət olan qarşı tərəfin üç hakimi, eləcə də iki alman nəzarətçi hakim və isveçrəli sədr hakimlik edəcəklər.

İran 2016-cı il iyunun 14-də Beynəlxalq Ədalət Məhkəməsində qeydə aldırdığı Amerikaya qarşı şikayət ərizəsində Amerikanı iki ölkə arasındakı 1955-ci il dostluq müqaviləsini pozmaqda ittiham edib, Amerika isə bu şikayətə baxılmasına və məhkəmənin səlahiyyətinə irad tutubdur.

2018-ci il 3 oktyabr tarixindən öncə Beynəlxalq Ədalət Məhkəməsi dərman, qida və hava sanksiyalarına şamil olan Amerikanın İrandakı humanitar hədəflərə qarşı sanksiyalarının ləğvinin lehinə səs verdi.



/129