7 iyun 2019 - 08:43
 Çindən Amerikaya xəbərdarlıq

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Tayvan adasına silah satdığına görə, Amerikaya xəbərdarlıq edib.

(ABNA24.com) Qanq Tsuanq bu gün Pekində müxbirlər qarşısında deyib: Vaşinqton Tayvan adasına iki milyard dollarlıq silah satışı planını tez bir zamanda dayandırmalıdır.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Amerikanın bu miqdarda silahı Tayvana satmaq üzrə planı nigaranedicidir və Çin ilə Amerika arasında gərginliyin şiddətlənməsinə bais olacaqdır.

Bəzi informasiya mənbələri bu gün Amerikanın Tayvan adasına iki milyard dollar dəyərində anti-tank, müəyyən miqdarda zenit sursatı və 108 ədəd "M1 Abrams" tipli tank satmaq üzrə planından xəbər veriblər.

ABŞ hökuməti həmçinin Tayvan adasının altmış ədəd "F-16" tipli qırıcının satın alınmasına dair xahişi ilə razılaşıbdır.

Bundan öncə Çin müdafiə nazirliyi bir bəyanatda bildirmişdi ki, Pekin Amerika daxil olmaqla heç bir ölkə tərəfindən Tayvana silah satışına dözməyəcək və onu "vahid Çin" prinsipinə zidd hesab edəcəkdir.

Çin hökuməti dəfələrlə bildiribdir ki, Tayvan adasının istiqlaliyyətinə dözməyəcəkdir. Çin Tayvanı öz ərazisinin ayrılmaz hissəsi hesab edir.

.............

300