6 iyun 2019 - 14:19
Zərif: Yalançı "B" qrupu bir daha qalmaqal salıb

İranın xarici işlər naziri sionist rejimin casusluq təşkilatı- MOSSAD-ın İranın əl-Fucəyrə limanı hadisəsində ittiham edilməsi sahəsindəki roluna reaksiyada vurğulayıb: Yalançı "B" qrupu bir daha qalmaqal salıbdır.

(ABNA24.com) İranın xarici işlər naziri sionist rejimin casusluq təşkilatı- MOSSAD-ın İranın əl-Fucəyrə limanı hadisəsində ittiham edilməsi sahəsindəki roluna reaksiyada vurğulayıb: Yalançı "B" qrupu bir daha qalmaqal salıbdır.

Sionist medialar dünən bildiriblər ki, sionist rejimin casusluq təşkilatı- MOSSAD əmirliklərin əl-Fucəyrə limanında bir neçə partlayışın baş verməsindən və dörd tankerin zərər çəkməsindən təqribən üç həftə sonra Amerikanı qane edibdir ki, İranı bu hadisənin əsas müttəhimi elan etsin.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün twitter-də yazıb: İran qəzaların baş verməsi və yanlış ünvanların verilməsi barədə dəfələrlə xəbərdarlıq edib, amma bu dəfə MOSSAD İranın əl-Fucəyrə təxribatçılıq əməliyyatında rol oynaması ilə bağlı informasiyaları təhrif edibdir.

Sionist rejimin baş naziri Benyamin Netanyahu, ərəbistan vəliəhdi Muhəmməd bin Salman, əmirliklərin vəliəhdi Muhəmməd bin Zaid və Ağ Ev-in milli təhlükəsizlik müşaviri Con Bolton "B" qrupunu təşkil edirlər.




/129