(ABNA24.com) Amerika prezidenti Tokioda Yaponiyanın baş naziri ilə birgə mətbuat konfransında bir daha iddia edib ki, Vaşinqton ixtilafların həlli üçün Tehranla dialoqa hazırdır.
Amerika prezidenti Donald Tramp Tokioda Yaponiyanın baş naziri Şinzo Abe ilə birgə mətbuat konfransında müxbirlərin Yaponiyanın İran-Amerika müzakirələri üçün vasitəçilik etməsi ehtimalı ilə bağlı suallarının cavabında deyib ki, Yaponiya İranla yaxşı əlaqələrə malikdir və bu sahədə rol oynaya bilər.
Tramp iddia edib ki, onun bu sahədə bir problemi yoxdur və inanır ki, İran Amerika ilə müzakirəyə meyllidir və bu üzdən, amerikalılar da dialoqa meyl göstərirlər.
Amerikanın İranla müzakirənin başlanması barədəki bu iddiası elə bir halda irəli sürülür ki, bu ölkə nüvə anlaşmasından çıxmaqla İrana qarşı sanksiyaları şiddətləndirib və Fars Körfəzi bölgəsindəki hərbi iştirakını genişləndirərək, regionda əmin-amansızlıq və böhran amili olubdur.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi də son zamanlar deyibdir ki, Amerikanın sədaqətsizliyi, vədinə xilaf çıxması və quldurluğuna görə, bu ölkə ilə hər cür müzakirə yolu bağlıdır.
/129
28 may 2019 - 09:00
Xəbər kodu: 944744
Amerika prezidenti Tokioda Yaponiyanın baş naziri ilə birgə mətbuat konfransında bir daha iddia edib ki, Vaşinqton ixtilafların həlli üçün Tehranla dialoqa hazırdır.