20 may 2019 - 05:15
Regionun böhranlı şəraitində İranın təhlükəsizliyə malik olması quruluşun iqtidar nişanəsidir: General Rzayii

İran İslam Respublikasının sərhəd qoşunları komandanı bu gün dünyada iran qədər təhlükəsiz bir ölkənin olmadığını söyləyərək, dedi: İran regionun böhranlı şəraitində tam və davamlı təhlükəsizliyə malikdir.

(ABNA24.com) İran İslam Respublikasının sərhəd qoşunları komandanı bu gün dünyada iran qədər təhlükəsiz bir ölkənin olmadığını söyləyərək, dedi: İran regionun böhranlı şəraitində tam və davamlı təhlükəsizliyə malikdir.

İRNA-nın məlumatına görə, general Qasım Rzayi bazar günü Vəli Fəqihin Kermanşah vilayətindəki nümayəndəsi Ayətullah Mustafa Üləma ilə görüşdə İran sərhədlərindəki təhdidlərin köklərinə işarə edərək, başlıca amilin ABŞ olduğunu bildirib və deyib: Bu gün İranın sərhədləri şimalda, cənubda, şərqdə və qərbdə tam təhlükəsizliyə malikdir. Əlbəttə, qaçaqçılıq, qanunsuz gediş-gəliş və casusluq kimi bir sıra problemlər var. Amma. onlara qarşı tam qətiyyətlə mübarizə aparılır.

İranın sərhəd qoşunlarının komandanı həmçinin dedi: Gecə vaxtı sərhədi qanunsuz şəkildə keçən, silah, spirtli içkilər, narkotik maddələr və ya hər hansı digər təhlükəli maddə daşıyan şəxslər ilə ciddi rəftar edilir.





/129