30 aprel 2019 - 09:08
Əsrin Pinokiosu Tramp nə qədər yalan danışır?

The Washington Post qəzetinin yazdığına görə, Ağ Ev rəhbəri beş minlik “nişan”ı hakimiyyətinin 601-ci günündə keçib, 226 gün sonra isə yalan və çaşqınlığa salan bəyanatlarının sayı 10 mini ötüb.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ prezidenti Donald Tramp prezidentlik dövründə keçirdiyi 827 gün ərzində 10 min dəfədən çox yalan və ya insanları çaşqınlığa salan bəyanat səsləndirib.

Hesablamanı (26 aprelə kimi) The Washington Post qəzeti aparıb.

Nəşrin yazdığına görə, Ağ Ev rəhbəri beş minlik “nişan”ı hakimiyyətinin 601-ci günündə keçib, 226 gün sonra isə yalan və çaşqınlığa salan bəyanatlarının sayı 10 mini ötüb.

“Yalan tempi”nin sürətlə artması Trampın son vaxtlar seçkilərlə əlaqədar keçirdiyi çoxsaylı mitinqlərlə, həmçinin şatdaun (maliyyələşmənin dayanmasına görə dövlət strukturlarının fəaliyyətini dayandırması) və xüsusi prokuror Robert Müllerin “Rusiyanın 2016-cı il prezident seçkilərinə iddia olunan müdaxiləsi” ilə bağlı hazırladığı hesabatla əlaqəli olub.

Nəşr həmçinin yalan bəyanatların bir çoxunun Meksika divarı ilə bağlı olduğunu yazır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır