9 mart 2019 - 16:59
İ. Əliyev Höcətül İslam Həsən Ruhanini Bakıya dəvət etdi

İlham Əliyev İran İslam Respublikasının Prezidenti Höcətül İslam Həsən Ruhanini Bakıda təşkil olunacaq Qoşulmama Hərəkatı İclasına dəvət edib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Höcətül İslam Həsən Ruhanini Bakıda təşkil olunacaq Qoşulmama Hərəkatı İclasına dəvət edib.

Dəvət məktubunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Tehranda İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşündə təqdim edib.

Görüş zamanı ikitərəfli əlaqələr müzakirə edilib.

H.Ruhani İİR-Azərbaycan münasibətlərinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

O, iki ölkə arasında vacib lahiyələrin həyata keçirildiyini xatırladıb və bildirib ki, bu layihələr bölgə üçün mühüm addımdır.

İran İslam Respublikasının prezidenti əlavə edib ki, İİR və Azərbaycan hər zaman regional və beynəlxalq məsələlərdə hüquqlarını müdafiə edərək, sülh və sabitliyin bərpa edilməsi istiqamətində birgə fəaliyyət göstərib.




Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır