Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu gün İran İslam Respublikasının təhlükəsizlik naziri Höccətül İslam vəl-Müslimin Seyyed Məhmud Ələvi ilə görüşüb.
Görüşdə iki ölkə xalqlarının tarixi ortaqlıqlarına işarə edən İlham Əliyev, əlavə edib: " İki ölkə münasibətləri hazırda yüksək səviyyədədir. Hal-hazırda iki dost və qardaş ölkənin əlaqələri inkişaf edibdir."
Əliyev deyib ki, İranın prezidenti və yüksək vəzifəli rəsmilərinin Azərbaycan Respublikasına, həmçinin Azərbaycan Respublikası rəsmilərinin İrana səfərləri qarşılıqlı əlaqələrin gücləndirilməsində mühüm rol oyanır.
Azərbaycan Respublikasının prezidenti sonra belə qeyd edib: Azərbaycan Respublikası ilə İran arasında imzalanmış ikitərəfli sənədlər uğurla icra olunur.
Əliyev əmin olduğunu bildirib ki, İran İslam Respublikasının təhlükəsizlik nazirinin Azərbaycan Respublikasına bu səfəri iki ölkə əlaqələrinin inkişafına kömək edəcəkdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır