23 noyabr 2018 - 05:36
General Səlami: Yəmən Ərəbistanın bataqlığıdır

Sepah-ın baş komandan əvəzi: Amerikalılar islami xalqları məhv etməyə çalışırlar və İranın sanksiya edilməsi, Suriya və Yəməndə savaş, Fələstin xalqının qırğın edilməsinin davam etməsi bu siyasət istiqamətindədir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın baş komandan əvəzi Yəmən xalqının müqavimətinə dəstək üzrə beynəlxalq konfransda deyib: Yəmən Ali-Səud rejiminin və Amerikanın siyasətlərinin bataqlığıdır.

Briqada generalı pasdar Hoseyn Səlami əlavə edib: İslam ümməti müttəfiqdir və müqavimət məntiqi qələbə çalmaqdadır.

General Səlami deyib: İslam İnqilabının qələbəsi ilə imperializm dünyası ilə İslam Dünyası arasında strateji qarşıdurma, eləcə də Amerikanın və imperializmin zorakılıqları qarşısında müqavimət formalaşıb və Amerikaya möhkəm şillə vurulubdur.

Sepah-ın baş komandan əvəzi belə bir halda vurğulayıb: Amerikalılar islami xalqları məhv etməyə çalışırlar və İranın sanksiya edilməsi, Suriya və Yəməndə savaş, Fələstin xalqının qırğın edilməsinin davam etməsi bu siyasət istiqamətindədir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır