Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq ordusunun 1-ci diviziyasının hərbçiləri Ənbar vilayətində 3 İŞİD terrorçusunu ələ keçirib.
Belə ki, Ənbar vilayətinin Rutbə şəhəri ərazisində magistral yola əldəqayırma partlatıcı qurğular yerləşdirən 3 İŞİD üzvü ələ keçirilib.
Həmən ərazidə bir gün öncə terrorçulara məxsus kamikadze avtomobilinin aşkar edildiyi qeyd edilir.
Xatırladaq ki, 2017-ci ildə İraqda İŞİD-ə qalib gəlindiyi elan olunsa da, hazırda terrorçular gizli fəaliyyətlərini İraq ərazisində davam etdirirlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır