Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rusiyanın YUNESKO-dakı daimi nümayəndəsi Aleksandr Kuznetsov bəyan edib ki, YUNESKO ciddi maliyə çətinliyi ilə üzləşib.
Aleksandr Kuznetsov buna səbəblərdən birinin ABŞ-ın təşkilata 600 milyon dollar borcu olması olduğunu söyləyib.
O, bu bəyanatı “İzvestiya” qəzetinə müsahibəsi zamanı edib. Aleksandrı Kuznetsovun sözlərinə əsasən, ABŞ 2012-ci ildən bəri YUNESKO-ya üzvlük haqqını ödəməyib və 2017-ci ildə bu təşkilatdan çıxıb.
Diplomat əlavə edib ki, YUNESKO-nun bütün üzvləri təşkilatda islahat aparılmasının və yenilənməsinin tərəfdarıdır, lakin heç bir tərəf konkret addımların təklifləri irəli sürməyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır