29 oktyabr 2017 - 11:52
Rəsmi Tehran raket proqramını inkişaf etdirəcəyini bəyan edib

İslam Şurası Məclisi- parlamentdə çıxış edən H. Ruhani ölkəsini müdafiə məqsədi ilə raket istehsalını davam etdirəcəklərini və bunun heç bir beynəlxalq razılaşmanı pozmadığını bildirib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının prezidenti Höccətül İslam Həsən Ruhani ölkəsinin raket proqramını inkişaf etdirəcəyini bəyan edib.

Məlumata görə, İslam Şurası Məclisi- parlamentdə çıxış edən H. Ruhani ölkəsini müdafiə məqsədi ilə raket istehsalını davam etdirəcəklərini və bunun heç bir beynəlxalq razılaşmanı pozmadığını bildirib.

Qeyd edək ki, bunda öncə İran İslam Respublikasının xarici işlər nazirinin müavini Abbas Əraqçı Tehranın raket proqramının müdafiə xarakteri daşıdığını və İİR-ın nüvə proqramı ilə bağlı razılaşma ilə heç bir əlaqəsi olmadığını bəyan edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır