27 iyul 2017 - 19:27
Suriya ordusu hücuma keçdi: İŞİD qaçır

Suriya Silahlı Qüvvələri Deyr əz-Zora gedən yolda mühüm əhəmiyyətə malik As-Suhnah kəndini artilleriya atəşinə tutub.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya Silahlı Qüvvələri Deyr əz-Zora gedən yolda mühüm əhəmiyyətə malik As-Suhnah kəndini artilleriya atəşinə tutub.

Suriya ordusunun səhra komandiri açıqlamasında suriyalı əsgərlərin şəhərə xeyli yanaşdığını və qalan 8 kilometrlik hissəni keçməyə çalışdıqlarını bildirib.

Qeyd edilib ki, İŞİD terrorçuları ailələrini kənddən çıxararaq Deyr əz-Zora qaçıblar.

Suriyalı əsgərlər bundan başqa, Xüms, Deyr əz-Zor və Rakka şəhərlərinin arasındakı bölgəyə də hücum ediblər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır