7 iyul 2017 - 20:37
Doktor Mövsüm Səmədovun Appelyasiya Məhkəməsinin vaxtı açıqlandı

Appelyasiya şikayətinə İyul ayının 10-u, saat 11:30-da hakim Vüqar Məmmədovun sədrliyi ilə Bakı Apellyasiya məhkəməsində baxılacaq.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İyun ayının 14-də Qaradağ Rayon Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun Qobustan həbsxanasına köçürülməsi ilə bağlı məhkəmə prosesi keçirilməsi barəsində xəbər verilmişdir.

Belə ki, 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin təqdimatı əsasında keçirilən prosesin sonunda hakim Rəşad Mustafayev, Mövsüm Səmədovun 3 illik Qobustan qapalı tipli təcridxanasına göndərilməsi ilə bağlı hökm çıxarmışdı.

Doktor Səmədovun vəkili Yalçın İmanov çıxarılan hökmdən apellyasiya şikayəti verib. Appelyasiya şikayətinə İyul ayının 10-u, saat 11:30-da hakim Vüqar Məmmədovun sədrliyi ilə Bakı Apellyasiya məhkəməsində baxılacaq.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır