2 iyul 2017 - 16:30
İslam; İnsan haqlarının həqiqi bayraqdarı

İranın Məhkəmə Hakimiyyətinin başçısı deyib: İslam Respublikası quruluşu və İslam dini həqiqi insan haqlarının bayraqdarıdır və İslam insan kəramətinin müdafiəçisidir.

İranın Məhkəmə Hakimiyyətinin başçısı deyib: İslam Respublikası quruluşu və İslam dini həqiqi insan haqlarının bayraqdarıdır və İslam insan kəramətinin müdafiəçisidir.

Ayətullah Sadiq Amoli Laricani Məhkəmə Hakimiyyətinin Tehranda keçirilən ümumi iclasında İslamın insan haqları ilə bağlı baxışının bəyan edilməsini bir zərurət adlandırıb və deyib: İslam və Quran-Kərim insanı yer üzündə Allahın xəlifəsi təqdim edir və İnsan haqları İslam və Quran təlimləri çərçivəsində qəbul ediləsidir.

Ayətullah Amoli Laricani Amerikada qaradərililərin hüquqlarının pozulmasına işarə edərək, deyib: İslam peyğəmbəri(s.ə.s) 1400 il öncə ağ və qaranı bir-birinə bərabər bilib və hər bir bəhanə ilə qulları azad edirdi. Deməli İslamın baxışı insanları azad etməkdir.

İranın Məhkəmə Hakimiyyətinin sədri əlavə edib: Qərb hiyləgərcəsinə insan haqlarından bir təzyiq vasitəsi kimi istifadə edir. Amma, əməldə Vyetnam müharibəsində, Xirosimaya atom bombası atılanda, İrana qəbul etdirilən müharibədə, Yəmənin bombardman edilməsində ən böyük dağıntılara yol açır.
.........
300