22 aprel 2017 - 19:32
Amerikalı psixoloqlar: Tramp psixi xəstədir

Bir qrup amerikalı psixoloq Donald Trampın psixi xəstə olduğunu bildiriblər.

Əhlibeyt (ə) Xəbər Agentliyi - ölkənin “Yale” universitetində toplanan psixoloqlar, Trampın təhlükəli xəstəliyə qapıldığını və prezidentliyə yararlı olmadığını bildiriblər.

Dr. Con Qartner bu barədə deyib: “Bizim əxlaqi borcumuzdur ki, xalqımıza Trampın psixoloji problemləri barədə məlumat verək. O paranoya xəstəliyinə qapılıb və bunu seçildiyi ilk gün sübut etdi".

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!

Etiketlər