Əhlibeyt (ə) Xəbər Agentliyi - Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilib.
Partiya sədri bu barədə özünün “feysbuk” səhifəsində məlumat verib.
Qeyd edək ki, Ə.Kərimli Azərbaycandan mühacirət etmək üçün bəzi şəxslərə AXCP adından partiya bileti satıldığı iddiaları ilə bağlı ifadə verib. Bu iş üzrə AXCP sədrinin müavini Gözəl Bayramlı da dünən ifadə verib.
Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!