14 aprel 2017 - 13:04
İran,Rusiya və Suriya xarici işlər nazirləri görüşdü

İran,Rusiya və Suriya xarici işlər nazirləri bu gün Moskvada bağlı qapılan arxasında görüşdü.

Əhlibeyt (ə) Xəbər Agentıiyinin verdiyi məlumata görə- Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada olan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Suriya xarici işlər naziri Vəlid əl Müəllim, Rusiya Xarici İşlər Nazirliyində, Suriya böhranının siyasi həll strategiyası çərçivəsində görüşdü.

Üç ölkə xarici işlər nazirlərinin 6 ayda ikinci üçtərəfli toplantısı olan bu görüşdə Suriyadakı son vəziyyət araşdırılacaq.

Bugünkü görüşdə Suriyadakı son kimyəvi hücum bu hücumun araşdırılması üçün müstəqil bir araşdırma komitəsinin yaradılması üçlü yığıncağın əhəmiyyəti mövzusu olacaq.

İclasdan əvvəl, Zərif Rus Suriyalı həmkarları ilə ayrılıqda görüş keçirib.

Mənbəyə istinad lazımdır!

Tags