31 mart 2017 - 15:32
ABŞ Mərkəzi Qüvvələr Komandiri: "Əsl Qorxumuz İslam İnqilabdır"

Amerika ordusunun komandiri (CENTCOM) General Cozef Votel çərşənbə günü Amerika Nümayəndələr Komitəsində etdiyi çıxışda İran əleyhinə olan əsassız iddiaları qiymətləndirdi.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Amerika ordusunun komandiri (CENTCOM)  General Cozef Votel çərşənbə günü Amerika Nümayəndələr Komitəsində etdiyi çıxışda İran əleyhinə olan əsassız iddiaları qiymətləndirdi.
General Cozef Votel bu açıqlamaları verdi: "İranın rəqbətini gizli sahədə reallaşdırdığını düşünürəm. Bu sahə də yenə açıq qarşıdurmaların olduğu bir sahədir.
İran yaxın şərqdən müxtəlif şəkillərdə faydalanır. Bölgədə güclü nüfuzu və köməyi var, vəkalət gücləri kimi vasitələrdən istifadə edir.
Biz İranın fəaliyyətlərini azaldmaq fürsətlərin qiymətləndiririk. Davamlı olaraq beynəlxalq sularda Amerika Ordusunu narahat edən İrana aid gəmilər təsbit edirik elə ki bu gəmilərin sayı ötən il 300-ə çatdı.

İranın bölgədə bir fəaliyyəti var. Çox açıq bir şəkildə, bizim İran xalqına və liderinə qarşı baxışımızın fərqli olduğunu söyləmək istəyirik. Bizim İran xalqından başqa bir qorxumuz yoxdur bizim əsl qorxumuz inqilab dövlətidir. "

Diqqət Xəbərdən isrifadə etdikdə mənbəyə istinad lazımdır!

Tags