Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Livan mediası Livan-Suriya sərhədlərində toqquşmaların şiddətləndiyini və Türkiyə tərəfindən dəstəklənən Suriyalı terrormuların ölkənin sərhəd şəhərlərinə artilleriya və raket zərbələri endirdiyini xəbər verir.
Bu mənbələrin verdiyi məlumata görə, Livan ordusu Suriya ilə Hermel tərəfdəki sərhədə hərbi texnika və ağır silahlar köçürüb.
Hərbi texnikanın ötürülməsi Təhrir əş-Şam terrorçularının ərazidə geniş şəkildə yerləşərək Huş əl-Seyyid Əli qəsəbəsinə daxil olmasından sonra baş verib.
Son bir neçə saat ərzində Təhrir əş-Şam tərəfindən bu bölgədə ağır raket və artilleriya hücumları həyata keçirilib və Colani terrorçu rejimin ünsürləri Livan ərazisinə böyük bir nahiyyəyə qurudan hücum ediblər. Onlar bu hücumda tanklar, personal daşıyıcıları və artilleriyadan istifadə edirlər.
Livan prezidenti Cozef Aun Suriya ilə sərhəddəki gərginliyə toxunaraq deyib: “Mən bu bölgədəki atışmalara cavab vermək üçün əmr vermişəm”.
Eyni zamanda, İsrail ordusuna aid qırıcı təyyarələr də Qərbi Bekaadakı Rud əl-Dəlfa bölgəsinə hava zərbələri endirib.
Əl-Mayadin Şəbəkəsinin məlumatına görə, bu hücum zamanı Qərbi Bekaadakı Midoun və Luci şəhərləri arasındakı ərazi hədəfə alınıb.
P.S: Qeyd edək ki, bütün bunların hamısı sionist İsrail rejimi tərəfindən Suriyanın cənub və cənubi-qərb bölgələrinin işğal edilməsi ilə eyni vaxtda baş verir. Türkiyə Əbu Süfyan rolunu oynayaraq, Təhrir əl0Şam adlı terror qruplaşmasını müsəlmanları qırmaqla yəhudilərə kömək etmək missiyasını həyata keçirir. Bu səbəbdən də HTŞ terrorçuları İsrail düşmnlərinə qarşı vuruşmaq əvəzinə Suriyadakı Ələviləri qətliam edir və Livana qarşı müharibəyə start veribdir.
ABNA Xəbər Agentliyi
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
Sizin rəyiniz