25 yanvar 2017 - 15:35
Tehran: “Ordumuzu Suriyadan çıxarmayacağıq”

Qeyd edək ki, 2011-ci ilin Aprel ayından bu günə kimi Suriyada terror aktları həyata keçirən “müxalifət” nümayəndəsi Üsamə Əbu Zeyd, İran İslam Respublikası da daxil olmaqla, bütün xarici ordu birləşmələrinin Suriyadan çıxarılmasını “tələb” edib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran Xarici İşlər naziri müavini Hüseyn Caberi Ənsari mediaya verdiyi açıqlamasında bildirib: “İran İslam Respublikası Suriya müxalifətinin “tələbinə” riayət edib, öz ordusunu Suriyadan çıxarmayacaq.”

“Müxalifət problemə qeyri-obyektiv yanaşır. Suriyada problemlər silahlı qruplaşmaların düşüncələri ucbatından yaranıb. Hadisələrin başlanğıcında onlar düşünürdülər ki, tezliklə, hakim rejimin devrilməsi ilə nəticələr əldə edəcəklər. Lakin onlar özlərini xoşagəlməz vəziyyətə saldılar”, – deyə o bildirib.

Qeyd edək ki, 2011-ci ilin Aprel ayından bu günə kimi Suriyada terror aktları həyata keçirən “müxalifət” nümayəndəsi Üsamə Əbu Zeyd, İran İslam Respublikası da daxil olmaqla, bütün xarici ordu birləşmələrinin Suriyadan çıxarılmasını “tələb” edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır