25 dekabr 2016 - 03:41
BMT sionist rejimi əleyhinə qərar verdi. Netanyaho səfirliklərini geri çağırdı

Təcavüzkar yəhudi rejiminin belə bir addımı, BMT Təhlükəsizlik Şurasının sionist rejimi əleyhinə, işğal etdiyi Fələstin torpaqlarında icraya qoyduğu qanunsuz yeni yaşayış massivləri layihəsinə görə, 14 müsbət, 1 mənfi rəylə qəbul etdiyi qətnaməyə xatir olub.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ, Qərb və Rusiyadan gələrək Fələstin torpaqlarını işğal etmiş sionist işğalçı yəhudi rejimi Yeni-Zellandiya və Seneqaldakı səfirlərini ölkəyə geri çağırıb.

Bu haqda işğalçı rejimin baş naziri Benyamin Netanyahunun mətbuat katibi məlumat verib.

Məlumata görə, təcavüzkar yəhudi rejiminin belə bir addımı, BMT Təhlükəsizlik Şurasının sionist rejimi əleyhinə, işğal etdiyi Fələstin torpaqlarında icraya qoyduğu qanunsuz yeni yaşayış massivləri layihəsinə görə, 14 müsbət, 1 mənfi rəylə qəbul etdiyi qətnaməyə xatir olub.

Yeni-Zellandiya, Seneqal, Malaziya, Venesuella isə BMT-də qanunsuz sionist rejimi əleyhinə qəbul olunan qətnaməni gündəmə gətirən 4 ölkə olublar.

Qeyd edək ki, həmişə olduğu kimi növbəti dəfə də, BMT-də işğalçı sionist rejiminin cinayətləri əleyhinə qərar qəbul olunarkən yeganə bitərəf rəyin sahibi ABŞ-ın nümayəndəsi olub. O, qanunsuz İsrail rejimini müdafiə edərək, “BMT Şimali Koreya və İranla bağlı qərar vermək əvəzinə, bütün fikirlərini İsrailə yönəldib. Biz İsraili tam olaraq dəstəkləyirik.”- sitatın sonu deyə ABŞ-ın BMT-də olan daimi nümayəndəsi bildirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags