15 dekabr 2016 - 06:46
Uşaq Qatili Netanyahunun Bakı səfəri və onun Azərbaycan başda olmaqla İslam Dünyasına vurduğu zərbəsi

Əziz İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) mövludu günlərində, Vəhdət Həftəsi zamanı baş tutmuş bu bərəkətsiz səfərin ilıkin acı nəticəsi Azərbaycan İslam Partiyasının nəzərdə tutduğu "Vəhdət Həftəsi" tədbirinə icazə verilməməsidir...

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, “Muhəmmədin (s) Maarifi İşığında" İctimai, Mədəni Birliyi işğalçı rejimin baş nazirinin Azərbaycana etdiyi səfərinə etiraz edib.

Birlikdən daxil olan məlumata görə, bəyanatda deyilir:

 

Bismilahir Rəhmanir Rəhim

“(Yəhudilər) hər dəfə əhd bağladıqları zaman onların bir qismi onu pozmadımı?! Onların, bəlkə də, çoxu (Tövrata) inanmır. - Bəqərə sürəsi, ayə 100.”

Dinc Fələstin xalqına qarşı bəşəri cinayətlər törətmiş, ərazilərini işğal etməklə yanaşı, kütləvi qətliamlar həyata keçirmiş, hal-hazırda da Yaxın Şərq ölkələrində daxili müharibə alovunu yaradan terorist, işğalçı sionist İsrail rejiminin baş naziri Binyamin Netanyahunun Əhli Beyt (əleyhimus səlam) Diyarı olan Azərbaycana etdiyi rəsmi nəhs səfəri başa çatdı. Bu bəyənilməz səfərin Azərbaycan Xalqı və dünya Müsəlmanlarına heç bir xeyri olmadığı halda nəkimi zərərləri olduğunu tarix bizə göstərəcək...

25 ildən çoxdur ki, erməni işğalı və terroru ilə üzləşən, Xocalı faciəsi kimi XX əsrin ən dəhşətli qətliamını yaşayan, tarıxı torpaqları hələ də işğal altında olan Azərbaycan dövlətinin insanlıq qatili, terorist və işğalçı İsrail rejiminin cinayətkar baş nazirinin ölkəsinə rəsmi dəvəti və qaniçən bir rejimlə əlaqələrin gücləndirilməsi işğala məruz qalmış bir ölkə üçün başa düşüləsi deyildir...

Əziz İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) mövludu günlərində, Vəhdət Həftəsi zamanı baş tutmuş bu bərəkətsiz səfərin ilıkin acı nəticəsi isə, Azərbaycan İslam Partiyasının nəzərdə tutduğu "Vəhdət Həftəsi" tədbirinə icazə verilməməsidir...

Biz Təşkilatımız adından Uşaq Qatilinin ölkəmizə etdiyi məqsədyönlü səfərinə etirazımızı bildiririk!

Təkcə İslam ümməti üçün deyil, sözün əsil mənasında İnsanlıq üçün yaradılmış bir bəla və müsibət olan qeyri-legitim sionist İsrail rejiminin İslam Dünayasına qarşı, xüsusilə Fələstində və Qəzzada müsəlmanlara qarşı etdikləri cinayətlərə görə daim etiraz səsimizi ucaltmalıyıq.

Unutmayq ki, məzlum fələstinlilərin və müsəlmanların ilk Qibləsi kimi Əl-Qüdsün hüquqlarının müdafiəsi bütün İslam Dövlətləri və Hökumətlərinin ilk vəzifələrindən biridir.

Sonda qeyd etmək istərdik ki, yuxarıda vurğuladığımız Qurani Kərimin ayəsinə əsasən, yəhud qövmünün bir çoxu (sionistlər) Tövrata inanmır və bağladıqları hər hansı bir əhdə və dostluq əlaqələrinə vəfa etməyirlər. Onları sizi yalnız və yalnız fəlakətə sürükləyirlər...

 

Muhəmmədin (s) Maarifi İşığında İctimai Mədəni Birliyi

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags