Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ, Qərb ölkələri, Rusiya və s. yerlərdən gələrək Fələstin torpaqlarını işğal etmiş sionist yəhudilərinin İsrail apartayt rejiminin baş naziri Benyamin Netanyahu Azərbaycana səfərindən əvvəl hava limanında jurnalistlərə açıqlamasında İslam Dünyasında daxili alovların gücləndirilməsini nəzərə tutaraq deyib: “Azərbaycan və Qazaxıstan müsəlman dünyasının vacib və böyük ölkələridir”.
Heç bir Müsəlman və qeyri Müsəlman ölkəsi tərəfindən işğalçı sionist rejiminin rəsmilərini ölkələrinə dəvət etməyərək baykot etdikləri bir zamanda Bakı ilə Astananın cühüdlər qarşısında əyilərək işğalçı rejimin baş nazirini ölkələrinə dəvət etmələrindən məmnun qalan Netanyaho deyib: “Azərbaycanla Qazaxıstan müsəlman dünyasının iki böyük və vacib ölkəsidir. Bizim məqsədimiz onlarla siyasi, maliyyə və təhlükəsizlik sahəsində münasibətləri gücləndirməkdir. Vaxtaşırı İsrail ilə bağlı eşitdiklərinizdən fərli olaraq, İsrail nəinki siyasi təcriddən əziyyət çəkir, tam əksinə, bu ölkələr İsraillə münasibətlərini gücləndirmək istəyir. Asiya, Afrika, Latın Amerikası ölkələri ilə münasibətlərimizi gücləndirdikdən sonra indi növbə müsəlman dünyasının vacib ölkələrinə çatıb”.
Qeyd edək ki, yəhudi cinayətkarını onu həyat yoldaşı Sara Netanyahu müşayiət edir. Bir gün davam edəcək səfər zamanı Netanyahu İlham Əliyevlə görüşəcək. Təhlükəsizlik və diplomatik məsələlər müzakirə ediləcək. İşğalçı İsrail rejimi tərəfindən sənədə ətraf mühitin mühafizəsi, işğal olunmuş Qüds- Yerusəlim məsələləri və irs naziri Zeyev Yelkin imza atacaq.
B. Netanyahu təhsil naziri Mikayıl Cabbarovla birlikdə yəhudi icması üzvlərinın təhsil aldığı “Or avner” təhsil kompleksində olacaq, yerli yəhudi icmasının nümayəndələri ilə görüşəcək. Daha sonra uşaq qatili Netanyahu Bakıdan Qazaxıstana yola düşəcək.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır