19 noyabr 2016 - 16:08
Telaferdə türk milliyyətli İŞİD kapitanı.

İraq Hizbullah Briqadaları spikeri Cəfər əl-Hüseyni, İraqın Telafer şəhərinin qərb bölgəsinin kapitanının Türkiyə əsilli olduğunu söylədi.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - İraq Hizbullah Briqadaları spikeri Cəfər əl-Hüseyni, İraqın Telafer şəhərinin qərb bölgəsinin kapitanının Türkiyə əsilli olduğunu söylədi.
Hüseyni, dünən Livan el'Meyadin tv kanalına etdiyi şərhdə, terroristlərdən əldə edilən məlumatlara görə, Telaferdəki işid kapitanlarının çoxunun Türkiyə əsilli olduğunu söylədi.

Cəfər Əl-Hüseyni, haqqında danışılan terroristlərin keçən ay Mosula girdiklərini amma Mosulu qurtarma əməliyyatının başlamasıyla birlikdə onların şəhərin qərb hissəsinə köçürüldüyünü söylədi..

İraq gücləri Telafer şəhərinin cənub və qərbini mühasirə altına alıb. İraq könüllü xalq gücləri, son zamanlarda Telafer hava limanını da terroristlərin işğalından xilas etdi.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdı!